Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib

Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib.
Hadisə
543
13 Sentyabr , 2021 12:32
Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib

"Bakıda avtomobildən aşkarlanan fiziki məhdudiyyətli azyaşlı valideynlərinə təhvil verilib".

Bunu “Report”a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov deyib.

Hadisə Xətai rayonu ərazisində yerləşən Gənclik parkında qeydə alınıb. Belə ki, valideynlər fiziki məhdudiyyətli azyaşlını qapıları bağlı avtomobildə tək qoyaraq gediblər. Ərazidə olan vətəndaşlar polisə müraciət ediblər.

“Vətəndaşların müraciəti əsasında polis əməkdaşları əraziyə yaxınlaşıb və fiziki məhdudiyyətli uşağın avtomobildə tək qaldığını görüblər. Uşaq avtomobildən çıxarılıb və təhlükəsizliyi təmin etdikdən sonra valideynləri tapılaraq təhvil verilib. Valideynlər bildirib ki, əvvəlcə uşağı parkda gəzdiriblər, sonra avtomobilə qoyaraq özləri gəzintilərini davam etdiriblər”, - A.Qafarov bildirib.

Son xəbərlər

Orphus sistemi