Yuxarı
    Bağlamaq

    Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb - VİDEO

    Bu hal bir ay ərzində eyni şəxlər tərəfindən bir neçə dəfə təkrarlanıb

    Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb.

    "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

    Oğurluq hadisəsinin izini avtomobil təmiri sexinin içərisində quraşdırılmış müşahidə kamerasının köməyi ilə tapmaq mümkün olub.

    Belə ki, "Şamaxinka" kimi tanınan ərazidə yerləşən sexə orta yaşlı iki naməlum kişi avtomobilləri ilə daxil olub. Onlardan biri ustaların fikrini yayındırmaq üçün işçiləri sexdən uzaqlaşdırıb. Digər şəxs isə içəridəki masanın üzərində olan bir neçə mobil telefonu oğurlayıb. Maraqlıdır ki, bu hal bir ay ərzində eyni adam tərəfindən bir neçə dəfə təkrarlanıb.

    Zərərçəkmişlər bununla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verib. Hazırda polis oğurluq əməlini törədən şəxslərin axtarışına başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi