Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub

Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda avtomobil oğurluğunda şübhəli bilinən və axtarışda olan şəxs tutulub.
Hadisə
26 Aprel , 2018 13:15
Bakıda avtomobil qaçıran və axtarışda olan şəxs tutulub

Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda avtomobil oğurluğunda şübhəli bilinən və axtarışda olan şəxs tutulub. 

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. 

Aprelin 11-nə keçən gecə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonunun M.Cəlal küçəsindən Bakı şəhər sakini Mirməhəmməd Bəhrəmzadəyə məxsus “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə daxil olmuş məlumatla əlaqədar Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Görülmüş tədbirlərlə avtomobil həmin gün Goranboy rayonunun Əhmədabad kəndində Baş Dövlət Yol Polisi İdarəsi və Goranboy RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, onu qaçırmaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Nəcəfov polis əməkdaşlarına təhvil verilib.

19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən qrupun digər üzvü – Məhəmməd Miriyev də saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 127-ci (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221-ci (Xuliqanlıq) maddələri ilə axtarışda olduğu, həmçinin aprelin 11-də Bakı şəhər sakini Rövşən Hüseynova məxsus “VAZ-2106” markalı avtomobili qaçırması da müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi