Bakıda avtomobil qaçıran şəxs Salyan-Biləsuvar yolunda saxlanılıb
Hadisə
- 27 avqust, 2019
- 07:54
Bakı şəhərində avtomobil qaçıran şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, avqustun 26-da Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə B.Nuriyev küçəsindən A.Rəhimova məxsus “VAZ-2104” markalı avtomobilin qaçırılması barədə müraciət daxil olub. Müraciətlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Görülən tədbirlərlə qeyd edilən nəqliyyat vasitəsi həmin gün Salyan-Biləsuvar yolunun 54-cü kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş T.Ağazadə avtomobillə birgə aidiyyəti üzrə təhvil verilib.
Araşdırma aparılır.
Son xəbərlər
15:13
Səbinə Hacıyeva: Ermənilər işğalın ilk illərində Azıx mağarasından silah anbarı kimi istifadə edib
Mədəniyyət siyasəti15:11
Səbinə Hacıyeva: İşğaldan azad edilmiş ərazilərdə 68 abidə tamamilə dağıdılıb
Mədəniyyət siyasəti15:11
Çində yük gəmisində baş verən yanğında azı 20 nəfər ölüb
Digər ölkələr15:10
Pərviz Hacıyev: "Kiberdələduzluqda köhnə müdafiə üsulları artıq işləmir" - MÜSAHİBƏ
İKT15:06
Paşinyanın Fransa səfəri - Paris Moskvanın İrəvana təsirini neytrallaşdıra biləcəkmi? - ŞƏRH
Analitika14:59
Georgi Kondruseviç "Naxçıvan" komandasının baş məşqçisi təyin edilib
Komanda14:55
Əlcəzair BƏƏ ilə diplomatik münasibətləri kəsib
Digər ölkələr14:55
ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurası təsis edib
Maliyyə14:51