Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb

Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Dekabr , 2015 12:40
Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb

Bakı. 14 dekabr. REPORT.AZ/ Bakıda avtobus yaşlı qadını vuraraq öldürüb. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Nizami rayonu, Q.Qarayev prospektində Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Vüqar Həziyev idarə etdiyi “Daewoo” markalı 20 saylı xətt avtobusu ilə 1929-cu il təvəllüdlü Xədicə Qasımovanı vurub. X.Qasımova aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi