Bakıda ata və qızını öldürən şəxsin arvadı məhkəmədə dindirilib

Bakıda ata və qızını öldürən şəxsin arvadı məhkəmədə dindirilib Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndidilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
17 Yanvar , 2018 14:14
Bakıda ata və qızını öldürən şəxsin arvadı məhkəmədə dindirilib

Bakı. 17 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndidilən Sahib Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

“Report”un xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Maral Hacıyeva ifadə verib.

O bildirib ki, təqsirləndirilən S.Hacıyevin həyat yoldaşıdır: "Onların münasibətlərini son illər bildim. Qətlə yetirilən şəxs gecə saat 3-də zəng edirdi, mən də narahat olurdum. Qadın zəng eləyən zaman Sahib sanki zövq alırdı. Sahib o qadınla münasibətdə idi".

M.Hacıyeva dindirilərkən söyləyib ki, hazırda S.Hacıyevlə nikahları rəsmi olaraq pozulmayıb: "Sahiblə hadisdən əvvəl də bir yerdə yaşayırdıq. Onun qanuni həyat yoldaşıyam".

Məhkəmənin növbəti iclsı yanvarın 24-nə təyin edilib.

Qeyd edək ki, ötən il Abşeron rayonu, Bakı-Şamaxı yolunun Sulutəpə ərazisindən keçən hissəsində yol kənarında bıçaqla qətlə yetirilmiş kişi və qadın meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxs lərin Müşfiq qəsəbə sakinləri -1953-cü il təvəllüdlü Əsədov Allahverdi Bədirxan oğlu və onun qızı, 1979-cu il təvəllüdlü Əsədova Samirə Allahverdi qızı olmaları müəyyən edilib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qətlin S.Əsədova ilə qeyri-rəsmi nikah münasibətlərdə olan S.Hacıyev tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Son xəbərlər

Orphus sistemi