Bakıda arvadını qətlə yetirən şəxsə hökm oxunub

Bakıda arvadını qətlə yetirən şəxsə hökm oxunub Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Meyxoş Cəfərovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
Hadisə
106
17 Dekabr , 2021 18:00
Bakıda arvadını qətlə yetirən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Meyxoş Cəfərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 13 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 24-ü saat 11 radələrində Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1989-cu il təvəllüdlü Xatirə Fərəcovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri,1977-ci il təvəllüdlü M.Cəfərovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı X.Fərəcovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

M.Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Xatırladaq ki ki, cütlüyün 3 uşağı olub. Məlumata görə, qadın və uşaqları əri tərəfindən tez-tez döyülürmüş.

Son xəbərlər

Orphus sistemi