Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub Tural Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Oktyabr , 2016 11:16
Bakıda arvadını öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 25 oktyabr.REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qısqanclıq zəminində boğaraq qətlə yetirməkdə təqsirləndirilən Tural Bəhmən oğlu Kazımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Kazımov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən prosesdə prokuror çıxışında T.Kazımovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, cinayət hadisəsi bu il iyunun 20-də Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi E.Bəkirli küçəsindəki fərdi yaşayış evində baş verib. 1988-ci il təvəllüdlü T.Kazımov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Maya Kazımovanı boğaraq qətlə yetirib. T.Kazımov hadisədən dərhal sonra polisə gələrək təslim olub. O, ilkin ifadəsində həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirdiyini bildirib. Həmin şəxslərin nikahından 3 azyaşlı övladı qalıb. T.Kazımov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi