Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub Kamran Bilalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb
Hadisə
28 İyul , 2017 14:21
Bakıda arvadını bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

Bakı. 28 iyul. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını bıçaqlamaqda təqsirləndirilən 42 yaşlı Kamran Bilalovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Bilalov 14 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, K.Bilalov keçmiş həyat yoldaşı Xatirə Bilalovanı qısqanclıq zəminində öldürmək istəyib. O, ötən il noyabrın 15-də Xatirənin avtobus dayanacağına doğru getdiyini görüb, ona yaxınlaşaraq bıçaqla çoxsaylı zərbələr endirib. Sonra isə hadisə yerindən qaçıb. Ağır dərəcəli bədən xəsarətləri almış yaralı xəstəxanaya çatdırıldığından onun həyatını xilas etmək mümkün olub.

Son xəbərlər

Orphus sistemi