Bakı. 11 dekabr. REPORT.AZ/ Bakıda aptekdən oğurluq olub.
“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Belə ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 8-də rayon ərazisindəki apteklərdən birindən 680 manat və 2 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən 2 yeniyetmə saxlanılıb.