Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Hadisə
- 08 sentyabr, 2022
- 13:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Samir Cəfərova hökm oxunub.
"Report" xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmə onun barəsində Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına məcburi müalicəyə yerləşdirilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, hadisə ötən ilin dekabrında paytaxtın Nəsimi rayonunda baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü S.Cəfərov anası, 1959-cu il təvəllüdlü Bəsti Cəfərovanı kirayədə birgə yaşadığı evdə boğaz nahiyəsinə xəsarət yetirərək qətlə yetirib.
S.Cəfərova qarşı Cinayət Məcəlləsinin 120.1.2-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Son xəbərlər
12:07
Nazirlik rəsmisi: Bu ilin ilk 9 ayında 2565 hektar torpaq sahəsi ilə bağlı bələdiyyə aktları ləğv edilib
Daxili siyasət
12:07
Avropa Enerji İttifaqının yaradılmasına dair planlar açıqlanıb
Energetika
12:04
AMADA-nın cəzalandırdığı boksçu Daniel Holostenko karyerasını bitirib
Fərdi
12:02
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırılıb
Elm və təhsil
11:58
Video
Bir kəndin taleyi, bir xalqın yaddaşı: Qərbi Azərbaycanın Almalıq kəndi
Daxili siyasət
11:58
Samir Məmmədov: Azərbaycanda internetin sürəti 7 dəfə artıb
İKT
11:54
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Biznes
11:51
Dövlət Komitəsi "Ailə institutu – 2040" layihəsi üzərində işləyir
Sosial müdafiə
11:50
Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edəcək
Daxili siyasət