Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.
Hadisə
17 Noyabr , 2019 13:44
Bakıda ağır yol qəzası olub, ölənlər və xəsarət alanlar var

Bakıda ölümlə və xəsarətlə nəticələnən yol qəzası olub.

Bu barədə "Report" Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Qəza zamanı 2 nəfər hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər 2 nəfər - 45 yaşlı qadın və 6 yaşlı uşaq kritik vəziyyətdə 3 saylı Kliniki Şəhər Xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi