Bakıda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2

Bakıda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2 Bakıda açıq sahədə yanğın var.
Hadisə
9 Avqust , 2024 19:07
Bakıda açıq sahədə baş verən yanğın söndürülüb - YENİLƏNİB - 2

Bakıda açıq sahədə baş verən yanğın söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Yanğın nəticəsində 300 kv.m. sahədə qamışlıq yanıb. Ətraf ərazilər, o cümlədən yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

18:38

Bakıda açıq sahədə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirilib ki, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub və məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub:

"Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir".

17:47

Bakıda açıq sahədə yanğın var.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyinin məlumat verilib.

Bildirib ki, FHN "112" qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi yaxınlığında açıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

"Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğınsöndürmə işləri həyata keçirilir".

Son xəbərlər

Orphus sistemi