Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadının oğlu polisə çağrılıb - YENİLƏNİB

Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadının oğlu polisə çağrılıb - YENİLƏNİB Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib
Hadisə
23 Sentyabr , 2022 14:53
Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadının oğlu polisə çağrılıb - YENİLƏNİB

Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.

Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.

Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

12.05

Bakıda 90 yaşlı qadına oğlu və gəlininin işgəncə verməsi iddiaları araşdırılır.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkədə Bakıda 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi iddiası ilə bağlı görüntülər paylaşılıb.

Son xəbərlər

Orphus sistemi