Bakıda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 17 noyabr, 2023
  • 21:19
Bakıda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Yasamal rayonunda 64 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report" xəbər verir ki, 1959-cu il təvəllüdlü Ağayeva Sara Musaxan qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.