Bakıda 61 yaşlı kişinin meyiti aşkar edilib

Bakıda 61 yaşlı kişinin meyiti aşkar edilib Bakı. 26 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda yerləşən mənzillərdən birində kişi meyiti tapılıb.
Hadisə
26 Fevral , 2018 23:41
Bakıda 61 yaşlı kişinin meyiti aşkar edilib

Bakı. 26 fevral. REPORT.AZ/ Bakının Nizami rayonunda yerləşən mənzillərdən birində kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb və orada aşkarlanan 1957-ci il təvəllüdlü Vitali Suslovun cəsədini aidiyyəti üzrə təhvil verib.

Son xəbərlər

Orphus sistemi