Bakıda 56 yaşlı şəxs qətlə yetirilib, keçmiş məhkum saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB

Bakıda 56 yaşlı şəxs qətlə yetirilib, keçmiş məhkum saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB Xəzər rayonu Binə qəsəbəsində qətl hadisəsi baş verib.
Hadisə
13 noyabr 2023 16:09
Bakıda 56 yaşlı şəxs qətlə yetirilib, keçmiş məhkum saxlanılıb, cinayət işi açılıb - YENİLƏNİB

Qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.

Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 13-ü saat 18 radələrində paytaxtın Xəzər rayonu Binə qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Vidadi Əliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Bəhriş Fərəcovun aralarında yaranmış mübahisə zamanı Vidadi Əliyevə bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəhriş Fərəcov iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

19:15

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi