Bakıda 5 gün əvvəl meyiti tapılan şəxsin avtomobillə vurulduğu müəyyən olunub
Hadisə
- 08 aprel, 2017
- 06:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 aprel. REPORT.AZ/ Bakıda 5 gün əvvəl baş verən yol-nəqliyyat hadisəsinin üstü açılıb.
"Report" xəbər verir ki, aprelin 3-də Xətai rayonu ərazisindəki Nobel prospekti 163 ünvanında üzərində çoxsaylı bədən xəsarətləri olan 50-55 yaşlarında kişi meyiti aşkar edilib.
Polis əməkdaşlarının keçirtdiyi əməliyyət tədbirləri nəticəsində meyiti tapılan naməlum piyadanın 1965-ci il təvəllüdlü Füzuli Mövsumov olduğu müəyyənləşib.
Əməliyyat tədbirlərini davam etdirən polis piyadanı vuraraq hadisə yerindən qaçan sürücünü də tapıb. F.Mövsumovu 1994-cü il təvəllüdlü Tural Musayevin idarə etdiyi "BMW" markalı avtomobillə vurulduğu müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:49
Argentina Folklend adaları yaxınlığında neft hasilatına görə 5 şirkətə sanksiya tətbiq edəcək
Digər ölkələr
03:06
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
Futbol
02:35
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
Digər ölkələr
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol