Bakı. 22 aprel. REPORT.AZ/ Bakıda 48 yaşlı kişini avtomobil vurub.
"Report"un xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1969-cu il təvəllüdlü Səmədov Seyidəkbər Mirələm oğlu Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində yolu keçmək istəyərkən "VAZ-2106" markalı avtomobil tərəfindən vurulub. Avtomobilin sürücüsü xəsarət alan piyadanı xəstəxanaya çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, S.Səmədov ağır kəllə-beyin travması alıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.