Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb -YENİLƏNİB

Hadisə
  • 19 avqust, 2025
  • 16:50
Bakıda 46 yaşlı kişi qətlə yetirilib, qadın şübhəli qismində saxlanılıb -YENİLƏNİB

Bakının Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində 1979-cu il təvəllüdlü Elşad Şixiyevin ölməsi barədə rayon prokurorluğunda cinayət işi başlanıb.

Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

14:23

Bakının Xəzər rayonunda 46 yaşlı kişi qətlə yetirilib.

"Report" xəbər verir ki, hadisə avqustun 19-u gecə saat 2 radələrində Şağan qəsəbəsində qeydə alınıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Elşad Şıxıyevin yaşadığı evdə özünə kəsici alətlə xəsarət yetirməsi nəticəsində ölməsi barədə polisə məlumat daxil olub. Araşdırmalarla onun qeyri-rəsmi nikah münasibətlərində olduğu qadın tərəfindən qətlə yetirildiyi müəyyənləşib.

Polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən, 1987-ci il təvəllüdlü Aysel Rufullayevanı saxlayaraq istintaqa təhvil verib.

Araşdırmalar aparılır.

Son xəbərlər

Bütün Xəbər Lenti