Bakıda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 25 dekabr, 2021
  • 01:48
Bakıda 40 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nizami rayonunda qeydə alınıb. 1981-ci il təvəllüdlü Hüseynova Nuranə Şirzad qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.