Bakıda 40 qəpiyə görə tanışını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda 40 qəpiyə görə tanışını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib
Hadisə
9 Dekabr , 2017 11:37
Bakıda 40 qəpiyə görə tanışını bıçaqlayan şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində xuliqanlıq niyyəti ilə tanışını bıçaqlamaqda təqsirləndirilən Elşən Bəndəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 19-na təyin edilib.

Qeyd edək ki, hadisə 2016-ci ilin yanvar ayında Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən kafede baş verib. E.Bəndəliyev tanışı Yadigar Rüstəmovla birlikdə kafedə oturduqdan sonra mübahisə zamanı xuliqanlıq niyyəti ilə ona bir dəfə bıçaq zərbəsi vurub. Daha sonra hadisə yerindən qaçan E.Bəndəliyev barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, bir neçə dəfə istintaqdan yayınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda E.Bəndəliyev ifadəsində hadisəni bilərəkdən törətmədiyini deyib. O bildirib ki, bıçaq tanışına təsadüfən dəyib: "Kafedə ondan pul istədim. Münasibətlərimiz çoz yaxşı idi. 40 qəpik pul götürdüm. Həmin vaxt bıçaq cibimdə idi. Bıçaq bilmədən ona batdı".

Xatırladaq ki, E.Bəndəliyev məhkəmə başlayanda ev dustaqlığında idi. Prokuror vəsatət verərək təqsirləndirilən şəxsin məhkəmə iclaslarından yayınma ehtimalının ola biləcəyini deyərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəmişdi.

Hakimlər Kollegiyası vəsatəti təmin edərək E.Bəndəliyevin məhkəmə zalında həbs edilməsi barədə qərar çıxarıb.

O, Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Bəndəliyev 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi