Bakıda 30 yaşlı piyadanı maşın vurub - FOTO

Bakıda 30 yaşlı piyadanı maşın vurub - FOTO Yaralı çoxsaylı sınıq xəsarətləri alıb
Hadisə
30 İyun , 2017 08:30
Bakıda 30 yaşlı piyadanı maşın vurub - FOTO

Bakı. 30 iyun. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Qala qəsəbəsində yolu keçmək istəyən 30 yaşlı Pirallahı rayon sakini Yuri Filatovu "VAZ-2104" markalı avtomobil vurub.

Piyada çoxsaylı sınıq xəsarətləri alıb. O, hadisə yerinə çağrılan "təcili yardım" avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Avtomobil cərimə meydançasına yerləşdirilib. Sürücü ifadəsi alınması üçün Xəzər Rayon Polis İdarəsinə aparılıb.

Son xəbərlər

Orphus sistemi