Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib

Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib Bakıda evlərdən oğurluq edən şəxs tutulub.
Hadisə
1 Mart , 2021 14:37
Bakıda 3 evdən 60 min manatlıq oğurluq edilib

Bakıda evlərdən oğurluq edən şəxs tutulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 3 evdən ümumilikdə 30 000 ABŞ dolları pul və 9 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi