Bakıda 27 yaşlı kişinin qətlə yetirilməsi ilə bağlı qəsdən adam öldürmə faktına görə cinayət işi başlanılıb.
Bu barədə "Report"a Xəzər Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iyunun 19-da saat 3 radələrində paytaxtın Xəzər rayonu ərazisində 1997-ci il təvəllüdlü Adil Talıbovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1999-cu il təvəllüdlü Mətləb Süleymanlının rayonun Şüvəlan qəsəbəsində yerləşən çimərlik ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə Adil Talıbova xəsarətlər yetirməsinə və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Mətləb Süleymanlı iş üzrə şübhəli şəxs qismində tutulub.
Bakıda 27 yaşlı kişi qətlə yetirilib, şübhəli saxlanılıb.
Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyunun 19-da paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində 1997-ci il təvəllüdlü Talıbov Adil Xəyal oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən, 1999-cu il təvəllüdlü Süleymanlı Mətləb Müşfiq oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib, aaşdırma aparılır.