Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq ölüb

Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq ölüb Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırmalar aparılır
Hadisə
17 Noyabr , 2016 12:11
Bakıda 22 yaşlı fəhlə binadan yıxılaraq ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Bakıda 22 yaşlı oğlan binanın 4-cü mərtəbəsindən yıxılaraq ölüb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu Alı Mustafayev küçəsi 3 ünvanında yerləşən yeni tikilidə baş verib.

Belə ki, Saatlı rayon sakini 1994-cü il təvvəllüdlü Azad Abbasov ehtiyatsızlıqdan fəhlə kimi çalışdığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb. Kəllə-beyin travması və bədən xəsarətləri alan A.Abbasov 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib və orada ölüb.

 Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi