Bakı. 10 oktyabr. REPORT.AZ/ Yasamal rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.
“Report”un xəbərinə görə, bu barədə
Məlumata görə, paytaxtın M.Müşfiq küçəsində Bakı şəhər sakinləri Şahmalı Nəsibovun idarə etdiyi “Chevrolet” və Fərzəli Fərzəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə F.Fərzəliyev hadisə yerində ölüb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.