Bakıda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Hadisə
  • 02 fevral, 2023
  • 03:03
Bakıda 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb

Bakının Xəzər rayonunun Qala qəsəbəsində 19 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2004-cü il təvəllüdlü Zamanov Cəmşid Şamis oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə