Bakıda 19 gün əvvəl velosipedçini vurub qaçan sürücü saxlanılıb

Bakıda 19 gün əvvəl velosipedçini vurub qaçan sürücü saxlanılıb Bakıda 19 gün əvvəl velosipedçini vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.
Hadisə
21 Oktyabr , 2019 12:12
Bakıda 19 gün əvvəl velosipedçini vurub qaçan sürücü saxlanılıb

Bakıda 19 gün əvvəl velosipedçini vurub hadisə yerindən qaçan şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, oktyabrın 2-də saat 9 radələrində Nərimanov rayonunun H.Əliyev prospektində müəyyən edilməyən avtomobillə yolun kənarı ilə velosiped sürən Bakı şəhər sakini C.Həsənov vurulub. Velosipedçiyə xəstəxanada ilkin tibbi yardım göstərilib və daha sonra evə buraxılıb.

Nərimanov Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Volkswagen” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini E.Cəfərov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi