Bakıda 150 manata görə tanışlarını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakıda 150 manata görə tanışlarını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Bakı Apellyasiya Məhkəməsində qəsdən adamöldürməkdə təqsirləndirilən İlham Məmməd oğlu Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Hadisə
1 Aprel , 2019 18:48
Bakıda 150 manata görə tanışlarını öldürən şəxsin şikayəti əsasında məhkəmə başlayıb
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı Apellyasiya Məhkəməsində qəsdən adamöldürməkdə təqsirləndirilən İlham Məmməd oğlu Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası aprelin 4-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2017-ci ildə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 1994-cü il təvəllüdlü Əlizadə Vüqar Bayraməli oğlu tanışı, 1993-cü il təvəllüdlü Quliyev Kamran Yaşar oğlunu qətlə yetirib.

Məlum olub ki, V.Əlizadə K.Quliyevi 150 manat pula görə bıçaqlayaraq öldürüb.

Hadisədən sonra İ.Əliyevin də cinayət işində əli olduğu məlum olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxs 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan İ.Əliyev apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi