Bakıda 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Hadisə
  • 22 noyabr, 2022
  • 01:40
Bakıda 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində 12 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

"Report"un məlumatına görə, 2010-cu il təvəllüdlü Əzizov Fərid Eyvaz oğlu velosipedlə hərəkətdə olarkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Son xəbərlər

Bütün Xəbər Lenti