Yuxarı

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində cinayət işi başlanılıb

Bakıda 11 qadını fahişəliyə cəlb edən kişi barəsində cinayət işi başlanılıb
Dinlə

85

Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib

Bakı. 13 noyabr. REPORT.AZ/ Bakıda 11 qadını fahişəliyə cəlb edən şəxs barəsində cinayət işi başlanılıb.

"Report"un xəbərinə görə, həmin qadınlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edərək Pərviz Məmmədov adlı şəxsin onları fahişəliyə cəlb etdiyini deyiblər.

Daha sonra P.Məmmədov saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşıb və baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Samir Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrın 19-na təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi