Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin əmlakı ilə bağlı Dövlət Komitəsinə sorğu göndərilib

Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin əmlakı ilə bağlı Dövlət Komitəsinə sorğu göndərilib Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Hadisə
11 İyul , 2018 12:57
Bakıda 1 milyonluq dələduzluq edən polkovnikin əmlakı ilə bağlı Dövlət Komitəsinə sorğu göndərilib
Report.az

Bakı. 11 iyul. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin əmlakının siyahıya alınması ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsinə sorğu göndərilməsi ilə bağlı qərar çıxarılıb.

Həmçinin məhkəmə onun iki oğlunun adına olan əmlakın da müəyyənləşdirilməsini istəyib.

Hakim bildirib ki, daha sonra S.Şükürovun əmlakının üzərinə həbs qoyulub, müsadirə ediləcək və zərərçəkmişə vurulan ziyan ödəniləcək.

Məhkəmənin növbəti iclası iyulun 18-nə təyin edilib.

Qeyd edək ki, S.Şükürov ümumilikdə 1 milyon manata yaxın dələduzluq etməkdə təqsirli bilinir.

İttiham aktına əsasən, o, İlqar Əliyevi işə düzəltmək adı ilə Xanımbacı İsmayılovanın isə qızının cinayət işinə xitam verdirəcəyi vədi verərək, onların pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Şükürov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Məhkəmənin hazırlıq iclasında S.Şükürovun anket məlumatları dəqiqləşdirilən zamanı məlum olub ki, o, 1958-ci ildə Səbirabad rayonunda anadan olub, hazırda Bakı şəhərində qeydiyyatdadır.

Bildirilib ki, S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. O, daha əvvəl də dələduzluqda təqsirli bilinib, bir neçə illik azadlıqdan məhrum edilib.

Xatırladaq ki, zərərçəkmiş Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev 2016-cı ildə həbs edilib. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında tutulub. Həmin şəxslər qohumları R.Salmanovun 4 milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev 11 il, anası H.Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi