Bakı. 24 dekabr. REPORT.AZ/ Bakı və Mingəçevir şəhərlərində teplavozla avtomobil toqquşub. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, dekabrın 23-də saat 13.30-da paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində qorunan keçiddə, qəsəbə sakini Məhərrəm Şirinov idarə etdiyi “Mercedes” markalı avtomobili elektrovoza vurub. Xəsarət alan olmayıb. Həmin ərazidə hərəkət dayanmayıb.
Mingəçevir şəhərində də oxşar hadisə qeydə alınıb. Mingəçevir stansiyasının ərazisində, qorunan keçiddə, Biləsuvar rayon sakini Mirzəhəsən Kərimov idarə etdiyi “Kamaz” markalı avtomobili teplovoza vurub. Hadisə zamanı xəsarət alan olmayıb. Qatar yolunda hərəkət dayanmayıb.
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.