Yuxarı

​Bakı və Gəncədə yanğın olub, 30 nəfər təxliyə edilib

Paytaxtda iki mənzil, Gəncədə isə aptek yanıb

Bakı. 7 mart. REPORT.AZ/ Bu gecə Bakı və Gəncə şəhərlərində yanğın hadisələri baş verib.

"Report" xəbər verir ki, paytaxtın Səbail rayonunda vətəndaşa məxsus üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 kv. m olan ikiotaqlı və digər vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb.

Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub. Qonşu mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.

Gəncənin Nizami rayonunda isə vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan aptekin lambirdən ibarət tavanı 28 kv.m sahədə yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi