​"Bakı-Tbilisi-Ərzurum" kəmərinin Türkiyədən keçən hissəsində partlayış törədilib - FOTO

​"Bakı-Tbilisi-Ərzurum" kəmərinin Türkiyədən keçən hissəsində partlayış törədilib - FOTO Hazırda yanacaq verilişi dayandırılıb
Hadisə
25 Avqust , 2015 03:23
​Bakı-Tbilisi-Ərzurum kəmərinin Türkiyədən keçən hissəsində partlayış törədilib - FOTO

Bakı. 25 Avqust. REPORT.AZ/ Türkiyədə bir qrup terrorçu "Bakı-Tbilisi-Ərzurum" qaz kəmərinin Qars əyalətindən keçən hissəsində partlayış törədib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatorluğundan məlumat verilib.

Müəyyən edilib ki, terror aktı Kürd Fəhlə Partiyasının (PKK) üzvləri tərəfindən törədilib.

Partlayış bazar ertəsi gecə yarısında magistral qaz kəmərinin Sarıqamış qəzasından keçən hissəsində baş verib. Hücumda təqribən 20 terrorçu iştirak edib. Yerli televiziyanın məlumatına görə, boru kəməri ilə yanacaq verilişi dayandırılıb, alovun söndürülməsi prosesi gedir.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin bölmələri gəlib. Ətraf ərazilər jandarma və hərbçilərin nəzarəti altına götürülüb. Terrorçularla atışma getdiyi bildrilir.

Son xəbərlər

Orphus sistemi