Bakı şəhər prokuroru piyadaları vurub qaçan sürücülərlə bağlı tapşırıq verib

Bakı şəhər prokuroru piyadaları vurub qaçan sürücülərlə bağlı tapşırıq verib "Ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb"
Hadisə
279
16 Yanvar , 2015 16:26
Bakı şəhər prokuroru piyadaları vurub qaçan sürücülərlə bağlı tapşırıq verib

Bakı. 16 yanvar. REPORT.AZ/ "Son illərin kriminogen durumunda yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri narahatçılıq doğuran əsas problemlərdən biridir". "Report" xəbər verir ki, bunu Bakı şəhər prokuroru Əziz Seyidov 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, il ərzində xüsusilə ölümlə nəticələnən yol-nəqliyyat hadisələri Bakı şəhər prokurorluğunun diqqət mərkəzində olub. Bu sahədə həyata keçirilən qabaqlayıcı-profilaktik tədbirlərin nəticəsidir ki, 2013-cü illə müqayisədə baş vermiş ölümlə nəticələnən yol-nəqliyyat hadisələri azalıb, hadisə yerindən qaçan sürücülərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində müsbət nəticələr əldə edilərək bağlı qalmış cinayətlərin sayı da azalıb. Həmçinin müşavirədə bu sahədə mövcud olan çatışmazlıqların və yol verilən qanun pozuntularının vaxtında aşkar edilib aradan qaldırılması üçün bütün zəruri tədbirlərin görülməsi hər bir əməkdaşdan tələb edilib.

Son xəbərlər

Orphus sistemi