Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı apellyasiya şikayəti verib

Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib
Hadisə
29 Noyabr , 2018 10:11
Bakı Şəhər Prokurorluğunun sabiq əməkdaşı apellyasiya şikayəti verib
Bakı Apellyasiya Məhkəməsi / Report

Bakı. 29 noyabr. REPORT.AZ/ Dələduzluq və rüşvət verməyə təhrik etməkdə təqsirləndirilən Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxananın sabiq müdiri Elçin Qurbanov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası keçirilib.

Prosesdə təqsirlkəndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.

Qeyd edək ki, Bakı Şəhər Prokurorluğunun yaydığı məlumata əsasən, E.Qurbanov 2018-ci il fevralın 21-də Bakı şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi-dəftərxana müdiri vəzifəsindən azad edilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi