Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanılıb

Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanılıb Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Hadisə
140
1 Noyabr , 2021 11:08
Bakı sakinləri Biləsuvarda 7 kq narkotiklə saxlanılıb

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri - V.Abıyev, A.Muradov və A.Həsənli sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Keçirilən baxış zamanı onların olduğu avtomobildən 4 kiloqram 260 qram narkotik vasitə heroin, 3 kiloqram 160 qram psixotrop maddə metamfetamin, 240 qram narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi