Yuxarı

Bakı sakininin avtomobili dələduzluqla əlindən alınıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakı sakininin avtomobili dələduzluq yolu ilə əlindən alınıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Səxavət Əliyevə məxsus “Niva” markalı avtomobili dələduzluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Əziz Zaidov Sabunçu rayonu ərazisində avtomobillə birgə saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi