Bakı sakininə qarşı mağazada soyğunçuluq edildi

Bakı sakininə qarşı mağazada soyğunçuluq edildi Bakıda mağazada soyğunçuluq hadisəsi baş verib.
Hadisə
15 İyul , 2020 13:05
Bakı sakininə qarşı mağazada soyğunçuluq edildi

Bakıda mağazada soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini X.Hacıyev iyulun 13-də rayon ərazisindəki mağazaların birində bir nəfərin ona zor tətbiq edərək 100 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov müəyyən edilərək saxlanılıb.

Son xəbərlər

Orphus sistemi