Bakı sakinindən 4 kq-dan artıq metamfetamin götürülüb

Bakı sakinindən 4 kq-dan artıq metamfetamin götürülüb Bakı sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.
Hadisə
7 Noyabr , 2019 11:13
Bakı sakinindən 4 kq-dan artıq metamfetamin götürülüb

Bakı sakinindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

“Report”un xəbərinə görə, hadisə Suraxanı rayon ərazində baş verib.

Belə ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1995-ci il təvəllüdlü M.Həsənlidən 4.060 qram metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi