​Bakı sakini toyuq doğrayarkən özünə ağır xəsarət yetirib

Hadisə
  • 21 iyun, 2016
  • 12:51
​Bakı sakini toyuq doğrayarkən özünə ağır xəsarət yetirib

Bakı. 21 iyun. REPORT.AZ/ Bakı sakini ehtiyatsızlıqdan özünə xəsarət yetirib.

“Report”un xəbərinə görə, Bül-Bülə qəsəbəsi, A.Caparidze küçəsində yaşayan 1988-ci il təvəllüdlü Fariz Mahmudov yaşadığı evdə toyuq doğrayarkən ehtiyatsızlıqdan bıçaqla sol ayağının bud nahiyəsinin arteriyasını kəsib.

F.Mahmudov akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə yerləşdirilib.

Vəziyyəti ağır olduğundan hüquq-mühafizə orqanlarının əməkdaşları onu dindirə bilməyiblər.