Yuxarı

Bakı sakini qonşusu tərəfindən 9 bıçaq zərbəsi ilə qətlə yetirilib

Bakı sakini qonşusu tərəfindən 9 bıçaq zərbəsi ilə qətlə yetirilib
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 15 yanvar. REPORT.AZ/ Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib.

"Report" xəbər verir ki, hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi