Bakı sakini kürəkənini güllələdi

Bakı sakini kürəkənini güllələdi Sentyabrın 15-i saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbə
Hadisə
17 Sentyabr , 2020 12:55
Bakı sakini kürəkənini güllələdi

Sentyabrın 15-i saat 2 radələrində Buzovna qəsəbəsi ərazisində qəsəbə sakini Ç.Rəhimovun xuliqanlıq zəminində pnevmatik tüfəngdən açdığı atəşlə kürəkəni N.Allahverdiyevin qol nahiyəsinə xəsarət yetirməsi barədə Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində Ç.Rəhimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan “Qamo” markalı pnevmatik tüfəng və 42 ədəd patron  (pnevmatik) götürülüb.

Son xəbərlər

Orphus sistemi