Bakı sakini körpüdən yıxılıb

Hadisə
  • 11 may, 2016
  • 05:12
Bakı sakini körpüdən yıxılıb

Bakı. 11 may. REPORT.AZ/ Bakı sakini körpüdən yıxılaraq ağır bədən xəsarətləri alıb.

"Report" xəbər verir ki, 1997-ci il təvəllüdlü Orxan Şirinzadə metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdən yıxılıb. O.Şirinzadə kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin sınığı xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

44 filmi