Bakı. 28 iyun. REPORT.AZ/ Bakı sakini dəm qazından zəhərlənərək ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, iyunun 27-də Binəqədi qəsəbəsində yaşayan Elşən Qasımov evində dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.