Bakı polisinin sözçüsü: “Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”

Bakı polisinin sözçüsü: “Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir” “Polisin küçə ticarəti ilə bağlı mübarizə tədbirlərini keçirməkdə əsas məqsədi cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Çünki küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”.
Hadisə
26 İyul , 2019 10:43
Bakı polisinin sözçüsü: “Küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”

“Polisin küçə ticarəti ilə bağlı mübarizə tədbirlərini keçirməkdə əsas məqsədi cəmiyyəti bu məsələdə həssas olmağa səfərbər etməkdir. Çünki küçə ticarətinə qarşı ictimai baxış dəyişməlidir”.

“Report”un xəbərinə görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, ictimai fikir qanunsuz küçə ticarətini ümumi qəbul olunan davranış normaları çərçivəsində görə bilməz.

“Çünki konkret səbəblər var: küçə ticarəti insan sağlamlığına zərər vurur, ətraf mühitin çirkələnməsi, epidemoloji təhdid yaratmaq, vergidən yayınmaya şərait yaradır. Bununla bağlı suallara bu sahənin mütəxəssisləri cavab verməklə, cəmiyyəti məlumatlandıra bilər”- deyə o əlavə edib.

Xidmət rəisi qeyd edib ki, küçə ticarəti ilə bağlı polisin tədbirlərini ictimai müzakirəyə çıxaran bəzilərinin subyektiv fikirləri ziddiyyətli yanaşmanın nümunəsidir və ənənəvi populizmdir: “Sağlam məntiq, sağlam düşüncə, polisin qanunla üzərinə düşən vəzifələrinin yerinə yetirməsini ictimai qınaq obyektinə çevrilməsinə çalışa bilməz. Polisdən bu əmələ göz yumulmasını tələb etmək ictimai məsuliyyətsizliyi təşviqdan başqa heç nə deyil...”

Son xəbərlər

Orphus sistemi