2020 ci ildə Ali Məhkəmənin Cinayət Kollegiyasına Bakı Apellyasiya Məhkəməsindən daxil olmuş işlər və materiallar üzrə 715 nəfər barəsində qərar çıxarılıb.
“Report” xəbər verir ki, bu barədə Ali Məhkəmənin Cinayət Kollegiyasının 2020-ci il üzrə fəaliyyətinə dair hesabatda məlumat verilib.
Bu işlərdə 444 (62,1%) nəfər barəsində qərarlar dəyişdirilmədən saxlanılıb.
53 (7,4%) nəfər barəsində qərarlar ləğv olunub, onlardan 49 (6,8%) nəfər barəsində işlər yeni apellyasiya baxışına qaytarılıb.
4 (0,5%) nəfər barəsində iş üzrə icraata xitam verilib.
59 (8,2%) nəfər barəsində qərarlar dəyişdirilib, 2 (0,4%) nəfər barəsində kassasiya icraatına xitam verilib. 113 (15,8%) nəfər barəsində iş üzrə kassasiya müraciətləri geri qaytarılıb.
44 (6,1%) nəfər barəsində iş üzrə prosessual müddətin bərpasına dair vəsatətlər təmin edilməyib.