Bacanağını gözündən güllələyən şəxsin məhkəməsi başlayır

Hadisə
  • 23 aprel, 2020
  • 07:21
Bacanağını gözündən güllələyən şəxsin məhkəməsi başlayır

Bakıda bacanağını qətlə yetirməkdə təqsirləndirilən Kamran Mahmudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

“Report”un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ məlum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Bakının Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində baş verib.

K.Mahmudov qısqanclıq zəminində 45 yaşlı bacanağı, paytaxt sakini Cəfərov Xəyal Aydın oğluna atəş açıb. Kustar üsulla hazırlanan 8 mm kalibrli revolverdən açılan güllə onun göz nahiyəsindən dəyib.

K.Mahmudova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

44 filmi